20 avqust 2023 01:42
359

İngiltərə Premyer Liqası: “Mançester Siti”dən minimal hesablı qələbə

“Mançester Siti” İngiltərə Premyer Liqasının II turunu qələbə ilə başa vurub.

“İki sahil” xəbər verir ki, “şəhərlilər” evdə “Nyukasl”dan güclü olublar - 1:0.

Yeganə qolu 31-ci dəqiqədə Xulian Alvares vurub.

İki matçda altı xal toplayan “Mançester Siti” turnir cədvəlinin ikinci pilləsindədir. “Nyukasl” üç xalla altıncı yerdə qərarlaşıb.