20 avqust 2023 01:37
344

“Qalatasaray” “Trabzonspor”u məğlub edib

Bu gün Türkiyə Superliqasıda ikinci turun üç oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, iki qarşılaşmada qapılara qol vurulmayıb.

Yalnız “Qalatasaray” – “Trabzonspor” matçında tərəflərdən biri fərqlənə bilib. Son çempionun İkardinin qolları sayəsində rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Ötən turda xal itirən “sarı-qırmızılar” mövsümdə ilk üç xalını əldə edib.

Türkiyə Superliqası,

2-ci tur,

19 avqust

“Rizəspor” – “Alanyaspor” – 0:0

“Hatayspor” – “Kasımpaşa” – 0:0

“Qalatasaray” – “Trabzonspor” – 2:0