20 avqust 2023 00:35
340

Dünya Qadın Seriyası: “Neftçi” Melilya mərhələsinin çempionu olub

“Neftçi” İspaniyada təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsinin çempionu olub.

“İki sahil” xəbər verir ki, Azərbaycan klubu finalda yerli İspaniya millisini məğlub edib.

Gərgin alınan duelin yekununda rəqibini 13:12 hesabı ilə üstələyən “Neftçi” Melilya mərhələsinin qalibi olub. “Ağ-qaralar”ın üzvü Bryana Freyzer yarışın ən dəyərli oyuncusu (MVP) mükafatına layiq görülüb.

Qeyd edək ki, Dünya Qadın Seriyasında Azərbaycanın 3x3 qadın millisi və “Neftçi” klubu növbəti oyunlarını avqustun 22-də Bakıda keçirəcəklər.