19 avqust 2023 22:12
377

"Zirə"dən ardıcıl 3-cü qələbə

Misli Premyer Liqasında 3-cü tur davam edir.

“İki sahil” xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Qəbələ" doğma meydanda "Sumqayıt"ı qəbul edib və 1:2 hesabı ilə uduzub.

Günün digər görüşündə "Zirə" "Səbail"in qonağı olub və 2:1 hesabı ilə qalib gəlib. Beləliklə, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ardıcıl 3-cü qələbəsini qazanıb və 9 xalla liderliyi qoruyub.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq. 

Misli Premyer Liqası,

3-cü tur

19 avqust (şənbə)

20:00. “Səbail” 1–2 “Zirə”

Qollar: Salifu Suma, 15 (0:1), Yadin Luqasi, 31 (1:1), Filipe Baxtman, 82 (1:2)

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Fərid Hacıyev

“ASCO Arena”