19 avqust 2023 10:45
351

Buffon: Bütün zamanların ən yaxşı qapıçısı Kasilyasdır

Əfsanəvi qapıçı Canluici Buffon futbol tarixinin ən yaxşı qapıçısı olduğunu düşünmür.

“İki sahil” xəbər verir ki, bu barədə öz açıqlamasında bildirib. O, ispaniyalı qolkiper İker Kasilyası tarixin ən yaxşısı adlandırb: “Bütün zamanların ən yaxşı qapıçısı olduğumu düşünən insanlara təşəkkür edirəm, amma elə deyiləm. Karyeramı uzun müddət davam etdirdiyim üçün belə düşünürlər. Amma mənim üçün bütün zamanların ən yaxşı qapıçısı İspaniyadandır - İker Kasilyas. O, Avropanın ən böyük klubunda oynayıb və həm klubla, həm də milli komanda ilə titullar qazanıb”.

Qeyd edək ki, avqustun 2-də Buffon karyerasını başa vurduğunu elan edib. Canluici "Parma"nın yetirməsidir. O, 1995-ci ildən 2001-ci ilə kimi bu klubda oynayıb,  Daha sonra italyalı qapıçı 2018-ci ilə qədər "Yuventus" da oynayıb. Canluici 1 mövsümü PSJ-də keçirdikdən sonra yenidən "Yuventus"a qayıdıb. Futbolçu 2021-ci ildən "Parma"da çıxş edirdi. 

1997-ci ildən İtaliya millisində oynayan Buffon 2010-cu ildə yığmanın kapitanı olmuşdu. O, 2018-ci ildə komandadan ayrılıb.

Qolkiper 5 dünya çempionatında (1998, 2002, 2006, 2010, 2014) iştirak edib. 2006-cı ildə o, mundialın qalibi olub və turnirin ən yaxşı qapıçısı seçilib.