18 avqust 2023 19:01
392

Premyer Liqa: "Turan Tovuz" Qərb derbisində qələbə qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

“İki sahil” xəbər verir ki, Qərb derbisində "Kəpəz" Turan Tovuz"u qəbul edib.

Gəncə şəhər stadionundakı qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə bitib. Komandanın heyətində 18-ci dəqiqədə Martin Petkov, 21-ci dəqiqədə Belajdi Pusi fərqlənib.

Tovuz klubu bu nəticədən sonra 6-cı xalını qazanıb və lider "Zirə"yə çatıb. "Kəpəz" isə 3 xalla altıncı sıradadır.

Qeyd edək ki, III turun "Qəbələ" - "Sumqayıt" və "Səbail" - "Zirə" oyunları avqustun 19-da, "Qarabağ" - "Araz-Naxçıvan", "Sabah" - "Neftçi" görüşləri isə avqustun 20-də olacaq.