18 avqust 2023 17:30
389

“Liverpul” yaponiyalı futbolçu transfer etdi

İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Mersisayd təmsilçisi Almaniya “Ştutqart”ından Vataru Endonu transfer edib.

“İki sahil” xəbər verir ki, məlumatı “qırmızılar”ın saytı yayıb.

Yaponiyalı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. Keçidin digər detalları açıqlanmayıb. 30 yaşlı futbolçu 2020-ci ildən “Ştutqart”da oynayırdı. O, ötən mövsüm 40 matçda altı qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.