18 avqust 2023 15:40
301

"Sevilya"dan "Əl-Hilal"a

"Sevilya"nın qapıçısı Yassin Bunu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

“İki sahil” xəbər verir ki, mərakeşli qolkiper "Əl Hilal"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

32 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. "Sevilya" transferdən 21 milyon avro qazanıb.

Qeyd edək ki, Yassin Bunu 2019-cu ilin sentyabr ayından "Sevilya"da çıxış edirdi.