18 avqust 2023 00:05
398

Konfrans Liqasından kənarda qalsaq da...

“Bu gün meydana qələbə qazanmaq üçün çıxdığımızı göstərdik”

“İki sahil” xəbər verir ki,  bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Türkiyənin “Beşiktaş” klubuna 1:2 hesabı ilə məğlub olduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis avrokuboklarla vidalaşmalarını rəqibin çox güclü olması ilə əlaqələndirib: “Hesaba nəzər yetirməsək, ilk 55 dəqiqəni yaxşı keçirdik. Konfrans Liqasından kənarda qalsaq da, öz rənglərimiz uğrunda mübarizə apardıq. Xarakterli komanda yaratmaq istəyirik. Hətta şansın çox az olsa belə, klubuna və təmsil etdiyin rənglərə hörmətlə yanaşırsansa, sona qədər mübarizə aparmalısan. İki oyun dörd hissədən ibarət oldu. Bunun bir hissəsini biz qazandıq”.

Qeyd edək ki, komandalar arasında Bakıda reallaşan ilk oyunda “Neftçi” 1:3 hesabı ilə məğlub olub.