“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.
Azərbaycan təmsilçisi İstanbulda Türkiyə klubu “Beşiktaş”ın qonağı olub.
Bakıda gerçəkləşən birinci matçda 1:3 hesabı ilə məğlub olan “Neftçi” gözlənilmədən “Beşiktaş” stadionunda ilk qolu vuran tərəf olub. 36-cı dəqiqədə kapitan Emin Mahmudov hesabı açıb. Bu, komandamızı ümidləndirsə də, üstünlüyü qoruyub saxlamaq mümkün olmayıb.
Meydan sahibləri fasilədən sonra geridönüş etməyi bacarıblar. Əvvəlcə 57-ci dəqiqədə Vensan Abubakar dəqiq zərbə ilə toru silkələyib. 71-ci dəqiqədə Cekson Muleka komandasının qələbə qoluna imza atıb.
Beləliklə, cavab matçında rəqibinə 1:2 hesabı ilə məğlub olan “Neftçi” avrokuboklarla vidalaşıb. “Beşiktaş” isə pley-off mərhələsinə yüksəlib. İstanbul nəhənginin növbəti raunddakı rəqibi Ukrayna klubu “Dinamo” (Kiyev) olacaq.
***
“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında İstanbulda keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.
“İki sahil” xəbər verir ki, “Beşiktaş” stadionunda baş tutan qarşılaşmada yenə ev sahibləri fərqləniblər.
71-ci dəqiqədə Cekson Muleka komandasını hesabda önə keçirib - 2:1.