17 avqust 2023 22:54
429

"Sabah"ın pley-offdakı potensial rəqibi dəqiqləşib - UEFA Konfrans Liqası

"Sabah"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi dəqiqləşib.

“İki sahil” xəbər verir ki, Murad Musayevin baş məşqçisi olduğu komanda III raundda Serbiya "Partizan"ını mübarizədən kənarlaşdıra bilsə, Danimarka "Norşellann"ı ilə üz-üzə gələcək.

Skandinaviya klubu cavab görüşündə Rumıniya "Styaua"sını 2 cavabsız qolla üstələyib. İlk matç qolsuz bərəbərliklə başa çatmışdı.

Qeyd edək ki, "Partizan" - "Sabah" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bakıdakı oyunda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.