09 iyul 2023 22:51
342

"Bavariya"dan Keyn üçün yeni təklif

"Bavariya" Harri Keynin transferi üçün "Tottenhem"ə növbəti təklif göndərib.

"İki sahil" jurnalist Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, Münhen klubu London təmsilçisinə 80 milyon avro və əlavə bonuslar təklif edib. Bildirilib ki, “Bavariya” ilkin təklifini xeyli yaxşılaşdırıb və "Tottenhem"in razılığına ümid edir. 

Xatırladaq ki, “Tottenhem” Münhen klubunun ilkin 70 milyon avroluq təklifini rədd etmişdi.

2022/2023 mövsümündə Keyn İngiltərə Premyer Liqasında 38 oyuna çıxıb, 30 qol vurub və 3 qolun ötürməsini verib.