09 iyul 2023 22:22
370

Avropa birinciliyində 14 medal qazanmış millimiz vətənə qayıdıb

Moldovada keçirilən ağırlıqqaldırma üzrə 15 və 17 yaşlı yeniyetmələr arasında Avropa birinciliyində uğurlu çıxış etmiş Azərbaycan yığma komandası Bakıya qayıdıb.

“İki sahil” xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, federasiya rəsmiləri və jurnalistlər qarşılayıblar.

Qeyd edək ki, ağırlıqqaldıranlarımız Avropa birinciliyində - 14 medal (8 qızıl, 4 gümüş və 2 bürünc) qazanıb.