09 iyul 2023 21:05
390

"Sabah" "Al-Sadd"a qalib gəldi

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün ilk yoxlama oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, paytaxt təmsilçisi Qətərin yüksək liqasında çıxış edən “Al-Sadd” klubu ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

Görüş Kematen stadionunda keçirilib.

Qeyd edək ki, "Sabah"ın yoxlama oyunu keçirəcəyi digər rəqiblər hələlik bəlli deyil.

9 iyul

19:00. "Sabah" - "Al-Sadd" - 3:1

Qollar: Namik Ələskərov, 4 (1:0), Con İrasabal, 30 (2:0) * 62 (2:1), Emmanuel Apeh, 63 (3:1)