09 iyul 2023 19:19
351

O da "Səbail"lə müqaviləni uzatdı

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” PFK daha bir futbolçu ilə müqaviləni yeniləyib. 

“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Samir Abdullayevlə 1 illik anlaşma əldə olunub. 

Qeyd edək ki, U-21 milli komandamızın üzvü 2022-ci ildən “dənizçilər”in formasını geyinir.

Xatırladaq ki, "Səbail" bu gün Cabir Əmirli ilə müqaviləni uzatdığını açıqlayıb.