Bakıda çimərlik futbolu üzrə DÇ-2023-ün Avropa zonasının seçmə mərhələ matçları keçirilir.
“İki sahil” xəbər verir ki, A qrupunda sonuncu yeri tutan Azərbaycan millisi bu gün 13-16-cı yerlər uğrunda görüşə çıxıb.
Litva ilə qarşılaşan yığmamız 3:2 hesabı ilə qalib gəlib. Komandamızın qollarını Orxan Məmmədov, Ramil Əliyev və Elşad Manafov vurublar.
Millimiz bu gün saat 11:00-da 13-14-cü yerlər uğrunda oyunda İsveçrə yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi bundan əvvəl Moldova (1:3), Estoniya (4:7) və İtaliyaya (2:3) məğlub olub.