08 iyul 2023 23:12
426

PSJ Li Kan İni transfer edib

PSJ "Malyorka" və Cənubi Koreya millisinin yarımmüdafiəçisi Li Kan İni transfer edib.

“İki sahil” klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Li Kan İn PSJ tarixində ilk cənubi koreyalı oyunçudur.

Qeyd edək ki, 2022/23 mövsümündə Li Kan "Malyorka"nın heyətində 39 oyuna çıxıb, 6 qol vurub və 7 qol ötürməsi verib.