08 iyul 2023 15:45
427

"İnter" hücumçusunu satdı

"İnter" hücumçusu Samuel Mulatterini satıb.

“İki sahil” xəbər verir ki, 22 yaşlı forvard "Sassuolo"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Transferin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Mulatteri ötən mövsümü icarə əsasında "Frosinone"də keçirib. 22 yaşlı italiyalı forvard B Seriyasında 29 oyunda 12 qol vurub.