08 iyul 2023 14:58
411

“Fənərbaxça” iki futbolçusunu icarəyə verdi

Türkiyənin “Fənərbaxça” klubu iki futbolçusunu icarəyə verib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tyaqo Çukur qarşıdakı mövsümün sonuna kimi Belçikanın “Beveren” komandasında icarədə oynayacaq. Osman Ərtoğrul Çətin isə “Gənclərbirliyi”nə icarəyə verilib.