08 iyul 2023 14:09
361

"Neftçi"nin futbolçusu: Saatlarla şahmat oynayıram

"Şahmata marağım var, saatlarla oynayıram".

“İki sahil” xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Kenni Sayef "Sport-express" nəşrinə müsahibəsində deyib.

ABŞ-dan olan İsrail əsilli yarımmüdafiəçi şahmatı çox sevdiyini bildirib: "Vaxt az olduğu üçün xəbərləri çox izləmirəm. Amma demək olar ki, bütün böyük qrossmeysterlərin adlarını bilirəm".

Qeyd edək ki, Kenni Sayef ötən mövsümün əvvəlində "Neftçi"yə keçib.