08 iyul 2023 13:31
430

Azərbaycanlı futbolçu "Ararat"la oyunlar üçün sifariş olunub

Albaniyanın "Eqnatiya" klubu yenicə transfer etdikləri Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlini Ermənistanın "Ararat" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin oyunları üçün sifariş edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"a 28 yaşlı hücumameylli yarımmüdafiəçinin özü açıqlama verib. Vingerin sözlərinə görə, Avropa futbol qurumuna göndərilən iştirak ərizəsində onun da adı var:

"Amma Ermənistandakı ilk matça gedib-getməyəcəyim hələ bəlli deyil. Əlimdən gələni edib özümü yaxşı tərəfdən göstərməyə çalışacağam ki, "Ararat"a qarşı oynamaq şansı qazanım".

Qeyd edək ki, Vüsal İsgəndərli "Eqnatiya" ilə 3 illik müqavilə imzalayıb. Albaniya klubu "Ararat"a qarşı ilk oyununu iyulun 13-də səfərdə, cavab matçını isə 1 həftə sonra evdə keçirəcək.