08 iyul 2023 12:50
376

Bakıda “Qol U-15” beynəlxalq futbol turnirinin açılış mərasimi olub

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Qol U-15” beynəlxalq futbol turnirinə start verilib.

“İki sahil” xəbər verir ki, turnirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov və AFFA-nın baş katibi Sərxan Hacıyev çıxış edərək iştirakçıları salamlayıb və uğurlar arzulayıblar.

Turnirdə Azərbaycan klubları ilə yanaşı, Qırğızıstanın “İlbirs” və Özbəkistanın “Paxtakor” kollektivlərinin 14 yaşadək futbolçulardan ibarət komandaları iştirak edirlər.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış mərasimi bədii hissə ilə davam edib.

Açılış mərasimindən sonra "Qarabağ və "Sabah" komandaları arasında görüş keçirilib. Görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk oyun günündə keçirilən digər qarşılaşmalarda isə aşağıdakı nəticələr qeydə alınıb:

"Neftçi - "Zirə" (1:1);

"Paxtakor" - Sumqayıt (0:3);

"İlbirs" - "Səbail" (2:0).