08 iyul 2023 12:36
392

Con Terri "Çelsi"yə qayıtdı

"Çelsi"nin əfsanələrindən olan Con Terri yenidən London klubuna qayıdıb.

“İki sahil” xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü bu barədə sosial şəbəkə hesabında məlumat verib. O, klubun akademiyasında çalışacağını bildirib.

Qeyd edək ki, C.Terri 19 il – 1998-2017-ci illərdə “Çelsi”nin şərəfini qoruyub.