“Sportinq”in yarımmüdafiəçisi Manuel Uqartenin PSJ-yə keçidi rəsmiləşib.
"İki sahil" klubun saytına istinadən xəbər verir ki, Uruqvay millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.
Fransa mətbuatı bu transfer üçün Paris klubunun "Sportinq"ə 60 milyon avro ödədiyini yazıb. Uqarte ötən mövsüm “Sportinq”in heyətində bütün turnirlərdə 47 oyun keçirib.