07 iyul 2023 15:15
472

“Milan”da argentinalı yarımmüdafiəçi

“Milan” növbəti transferini reallaşdırıb.

“İki sahil” xəbər verir ki, bu yay “Latsio”dan ayrılan argentinalı yarımmüdafiəçisi Luka Romero ilə 4 illik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı futbolçu yeni komandasında 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Luka 2021-ci ildən oynadığı “Latsio”da 21 oyun keçirib, 1 qol vurub.