07 iyul 2023 12:24
395

"Kəpəz"dən daha 3 yeni transfer

“Kəpəz” heyətinə daha 3 oyunçu cəlb edib.

“İki sahil” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Azər Məmmədov məlumat verib.

Onun sözlərinə görə, "Kəpəz"in sabiq futbolçusu Əli Səmədovla 1 illik müqavilə imzalanıb. Ötən mövsümü “Şamaxı”da keçirən yarımmüdafiəçi Gəncə klubuna azad agent kimi keçib. A.Məmmədov "Şamaxı"da çıxış edən "Kəpəz"in digər sabiq futbolçusu Zahid Mərdanovun transferi ilə bağlı danışıqların davam etdiyini bildirib.

“Səbail”dən Elmir Tağıyev də heyətə cəlb olunub. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi komandada bir mövsüm icarə əsasında çıxış edəcək.

Həmçinin “Turan Tovuz”dan ayrılan Ehtiram Şahverdiyev də “Kəpəz”ə keçib. 27 yaşlı yarımmüdafiəçinin də müqaviləsi 1 illikdir.

Qeyd edək ki. “Kəpəz” bu yay Vurğun Hüseynov, Zamiq Əliyev və Rüfət Əhmədovu da transfer edib.