07 iyul 2023 10:25
392

Perişiç "Tottenhem"i bu kluba dəyişir

"Tottenhem"in yarımmüdafiəçisi İvan Perişiç yay transfer pəncərəsində London klubunu tərk edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira məlumat yayıb.

O, xorvatiyalı futbolçunun karyerasını ölkəsində davam etdirəcəyini bildirib. "Hayduk" Perişiçə 2025-ci ilin yayına qədər olan müqavilə təklif edib və tərəflər razılığa gəlib. Perişiçin Xorvatiya klubuna azad agent kimi keçəcək.

Qeyd edək ki, "Töttenhem"ə ötən yay keçən futbolçu əvvəllər "İnter", "Bavariya", "Volfsburq", "Borussiya Dortmund" və "Brügge"də çıxış edib.