07 iyul 2023 10:28
525

AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA tərəfindən təyinat alıb.

“İki sahil” AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, o, Maltada "Baltsan" və Sloveniyanın “Domjale” komandaları arasında keçiriləcək Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda hakim-inspektor olacaq.

Qeyd edək ki, qarşılaşma iyulun 18-də baş tutacaq.