06 iyul 2023 19:34
440

"Sabah" klubu legioneri ilə müqaviləni uzadıb

"Sabah" futbolçusu Kristian Da Silva Fil ilə yeni müqavilə bağlayıb.

“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçinin sözləşməsinin müddəti 2024-cü ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, Kristian Da Silva 2022-ci ilin fevralından "Sabah"ın üzvüdür. Futbolçu bu komandanın heyətində 34 oyun keçirib, 2 qola imza atıb.