07 iyul 2023 01:49
453

Həftəlik qazancı 200 min funt sterlinq olan Keyn hansı qərarı verəcək?

“Tottenham” həftəlik  qazancı 200.000 funt sterlinq olan Harri Keyni  klubda saxlamaq üçün yeni  sövdələşmə təklif edib.

Qeyd edək ki, məşhur alman futbol klubu “Bayern Munich” futbolçu ilə maraqlanır və transfer etmək fikrindədir.   

“The Guardian” iddia edir ki, təklif olunan yeni müqaviləyə görə ,   futbolçunun həftəlik qazancında əhəmiyyətli dərəcədə artım olacaq. 

İngiltərə millisinin  kapitanının“Tottenhem”lə hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatacaq , o, deməkdir ki, futbolçu müqaviləni uzadılmasına imzasını atmasa,  “Tottenhem”dəki kariyerasını bitirəcək. Almaniyanın  “Bayern” klubu  Keyn üçün 77 milyon dollar dəyərində  bir sövdələşmə təkilif edib  və futbolçunu klubunda görmək niyyətində olduğunu bildirib. “ Tottenham”in da futbolçunun həftəlik qazancını artırmaqda məqsədi Harri Keyni klubda saxlamaqdır.

Leyla Şıxəli, “İki sahil”