Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun yeni baş məşqçisi açıqlanıb.
"İki sahil" klubun rəsmi saytına istinadla xəbər verir ki, portuqaliyalı Luiş Kaştru ilə 2 illik müqavilə imzalanıb.
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun həmyerlisi ilə şəxsən əlaqə saxladığı və onu komandaya rəhbərlik etməyə razı salması haqda xəbərlər yayılıb.
Qeyd edək ki, Luiş Kaştrunun son iş yeri Braziliyanın "Botafaqo" klubu olub.