"Real"ın sabiq futbolçusu Marko Asensio karyerasını PSJ-də davam etdirəcək.
“İki sahil” xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, Marko Asensio 2016-cı ildən çıxış etdiyi "Real"dan ötən ay ayrılıb. O, Madrid klubunda 17 kubok qazanıb.