06 iyul 2023 16:00
255

69 yaşlı baş məşqçi ilə müqaviləni uzatdılar

"Betis" baş məşqçisi Manuel Pelleqrini ilə müqaviləni uzadıb.

“İki sahil” xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 69 yaşlı mütəxəssislə 2026-cı ilin 30 iyununa qədər yeni sözləşmə imzalanıb. 

Qeyd edək ki, çilili məşqçi 2020-ci ilin avqustundan "Betis"i çalışdırır.