PSJ-nin prezidenti Nasser Əl-Xelaifinin evində korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb.
“İki sahil” xəbər verir ki, bu haqda "RMC Sport" məlumat yayıb. Mərkəzi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları Əl-Xelaifinin yeni baş məşqçi Luis Enrikenin təyinatı ilə bağlı keçirdiyi mətbuat konfransı öncəsi təyyarənin yanında onu gözləyiblər. Əl-Xelaifi evinə giriş icazəsi verib və səlahiyyətlilərlə əməkdaşlıq edib.
Xatırladaq ki, iyulun 5-də PSJ-nin prezidenti Kristof Qaltyeni istefaya göndərdiyini və yeni baş məşqçi Luis Enrikeni təqdim etdiyi mətbuat konfransı keçirilib. Həmçinin mətbuat konfransı zamanı PSJ-nin Puassi şəhərində yeni məşq mərkəzinin açılışı rəsmən elan edilib.