06 iyul 2023 11:44
380

Neymar gecə klubunda dava edib

PSJ-nin hücumçusu Neymar Braziliyadakı gecə klublarından birində dava edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Hücumçu Rio-de-Janeyroda gecə klubunda dava salıb. Neymar və tanımadığı bir kişi bir-birlərini itələyərək qışqırıblar. Gecə klubunun mühafizə xidməti münaqişəyə müdaxilə etmək məcburiyyətində qalıb. Münaqişənin səbəbi hələlik məlum deyil.

Daha əvvəl Neymarın PSJ-ni tərk edə biləcəyi bildirilirdi. Hücumçunun karyerasını davam etdirmək variantlarından biri də “Barselona”dır.

Braziliyalının PSJ ilə hazırkı müqaviləsi 2025-ci ilə qədərdir. Ötən mövsüm o, bütün yarışlarda 29 matçda iştirak edib, 18 qol və 17 qol ötürməsi ilə yadda qalıb.