06 iyul 2023 09:33
409

Millimiz növbəti matçına çıxacaq

Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, yığma Estoniya kollektivi ilə üz-üzə gələcək.

"Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunacaq qarşılaşma saat 18:45-də başlayacaq. A qrupunun digər matçında İtaliya və Moldova seçmələri üz-üzə gələcəklər.

Azərbaycan komandası ilk görüşdə Moldovaya 2:3 hesabı ilə uduzub.