06 iyul 2023 00:49
466

Di Mariya karyerasını bu klubda davam etdirəcək

Argentinalı futbolçu Anhel Di Mariyanın yeni klubu bəlli olub.

“İki sahil” xəbər verir ki, futbolçu karyerasını Portuqaliyada davam etdirəcək.

Belə ki, “Benfika” 2007-2010-cu illərdə Lissabonda çıxış edən argentinalı yarımmüdafiəçinin komandaya qayıtdığını açıqlayıb.

Di Mariya əvvəllər Madrid “Real”ı, “Mançester Yunayted”, PSJ və “Yuventus” kimi komandalarda çıxış edib.