05 iyul 2023 18:17
406

"Səbail" klubu portuqaliyalı futbolçunu transfer edib

"Səbail" komandası heyətinə yeni futbolçu qatıb.

Klubdan verilən məlumata istinadən xəbər verir ki, paytaxt təmsilçisi yarımmüdafiəçi Valdemar Almeyda-Pananı transfer edib.

Portuqaliyalı oyunçu ilə 1 illik müqavilə imzalanıb.