05 iyul 2023 17:18
399

"Barselona" yeni transferini açıqladı

"Barselona" İniqo Martinesin transferini açıqlayıb.

"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Atletik"dən ayrılan müdafiəçi ilə müqavilə imzalayıb. Sözləşmənin müddəti və digər detalları açıqlanmayıb.

İspaniya millisinin də üzvü olan Martines "Barsa"ya azad agent kimi keçib.

Qeyd edək ki, Martínes "Atletik"də 6 mövsüm keçirib və bütün yarışlarda 177 oyuna çıxıb.