"Liverpul"dan ayrılan Roberto Firminonun "Əl Əhli"yə keçidi rəsmiləşib.
“İki sahil” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2015-ci ildən "Liverpul"da çıxış edən braziliyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb, 13 qol vurub və 5 qolun ötürməsini verib.