05 iyul 2023 10:05
399

"Çelsi"dən ayrıldı

"Çelsi"nin futbolçusu Meyson Mount klubdan ayrıldığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, o, bu haqda öz İnstaqram hesabında məlumat yayıb. Meyson London təmsilçisindən ayrıldığını qeyd edib və azarkeşlərə, kluba təşəkkür edib. 

"Çelsi"nin yetirməsi olan 24 yaşlı yarımmüdafiəçinin "Mançester Yunayted"ə keçəcəyi gözlənilir. Daha əvvəl Mountun transferinin "Mançester Yunayted"ə 55+5 milyon funta başa gələcəyi bildirilirdi. Onun maaşı bonuslar daxil olmaqla həftəlik 250-300 min funt-sterlinq arasında olacaq .