01 iyul 2023 23:22
434

Avro-2023: Gürcüstan İsrailə penaltilər seriyasında uduzdu

U-21 milli komandaları arasında Avropa çempionatı davam edir.

“İki sahil” xəbər verir ki, bu gün yarışda 1/4 final mərhələsinə start verilib.  İlk oyun çempionatın sürpriz komandası Gürcüstanla İsrail arasında olub. Tiflisdəki Boris Payçadze adına stadionda keçirilən görüşün əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib.

Burada daha dəqiq olan İsrail 4:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Bu gün 1/4 finalın digər görüşü İspaniya və İsveçrə komandaları arasında keçirilir. Buxarestdəki bu qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Qeyd edək ki, 1/4 finalın digər oyunları iyulun 2-nə təyin olunub. İngiltərə Portuqaliya, Fransa  Ukrayna ilə görüşəcək.

Xatırladaq ki, Avropa çempionatına Gürcüstan və Rumıniya ev sahibliyi edir. Çempionata iyulun 8-də yekun vurulacaq.

1 iyul

20:00. Gürcüstan U-21 - İsrail U-21 - 0:0 (penaltilər seriyası - 3:4)