08 avqust 2026 23:18
102

Cüdo üzrə Avropa Kuboku: Nilgün Rzayeva üçüncü oldu

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk günündə bir cüdoçumuz fəxri kürsüyə qalxıb.

“İki sahil” Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, -63 kq çəki dərəcəsində çıxış edən Nilgün Rzayeva üçüncü yer uğrunda görüşdə rumıniyalı Maya Adamaçiyə qalib gələrək bürünc medal qazanıb.

Sabah turnirdə daha 10 cüdoçumuz mübarizəyə qoşulacaq.