01 iyul 2023 23:00
410

"Neftçi" "Zenit"ə məğlub oldu

Bu gün Rusiyada PARİ Premyer Kuboku (“Matç TV Kuboku”) start götürüb.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi "Neftçi" də bu gün turnirdə ilk oyununu keçirib. Komanda “Zenit” ilə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub. Sankt-Peterburqdakı “Qazprom Arena”da oynanılan görüş  “Matç TV” vasitəsi ilə canlı yayımlanıb.

Yarışa baş məşqçisiz yollanan “ağ-qaralar” turnir çərçivəsində iyulun 8-də "Srvena Zvezda” (Serbiya), iyulun 15-də isə “Fənərbaxça” (Türkiyə) ilə qarşılaşacaq.

1 iyul

20:30. “Zenit” – “Neftçi” - 3:1

Qollar: Saldanya, 39-pen (0:1), Mantuan, 49 (1:1), Klaudinyo, 70 (2:1), Bakayev, 80 (3:1)

Hakimlər: Artyom Çistyakov, Aleksey Şiryayev, Vladislav Nazarov

“Qazprom Arena”