01 iyul 2023 20:38
378

"Beşiktaş"dan ilk transfer

"Beşiktaş" "Somaspor"dan (Türkiyə 2-ci liqa təmsilçisi) Emrecan Bulutu transfer edib.

“İki sahil” klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə 4+1 illik müqavilə imzalanıb. Bu, İstanbul təmsilçisinin yeni mövsüm üçün ilk transferi olub.

Qeyd edək ki, E.Bulut ötən mövsüm meydana çıxdığı 34 matçda 16 qol vurub, 1 qolun ötürməsini verib.