"Qalatasaray" ötən mövsümün ikinci yarısı "Sassuolo"dan icarəyə götürdüyü Kaan Ayhanı birdəfəlik transfer edib.
“İki sahil” xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin saytı məlumat yayıb. 28 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb. Bu transfer üçün klub 2 milyon 800 min avro təzminat ödəyib.
Qeyd edək ki, Türkiyə millisinin üzvü K.Ayhan "Qalatasaray"da meydana çıxdığı 6 matçda 1 qol vurub.