01 iyul 2023 15:08
245

18 yaşlı hücumçu "Çelsi"yə keçdi

"Çelsi" yeni transfer edib.

“İki sahil” xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. "Çelsi" "Norviç Siti"dən ayrılan 18 yaşlı hücumçu Aleks Matsonu heyətinə qatıb. O, London klubuna azad agent kimi keçib. 

Qeyd edək ki, Aleks ötən mövsüm U-18 Premyer Liqasında 39 oyuna çıxıb, 9 qol vurub, 7 qolun ötürməsini verib.