01 iyul 2023 12:51
370

"Neftçi"nin rəqibləri bəlli olub

“Neftçi”nin 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Netanya" mərhələsindəki rəqibləri bəlli olub.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi 2-3 iyulda İsrailin Netanya şəhərində keçiriləcək turnirdə Niderland, Litva və Macarıstanın "Qyor" klubu ilə birlikdə B qrupunda mübarizə aparacaq.

"Neftçi" ilk oyununu iyulun 2-də Bakı vaxtı ilə saat 18:25-də Niderland seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarında birinci yeri tutan komandalar yarımfinala, ikinci və üçüncü pillənin sahibləri isə 1/4 finala vəsiqə qazanacaqlar.