01 iyul 2023 12:38
504

Vüsal İsgəndərli Albaniya klubu ilə müqavilə bağlayıb

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Albaniyanın "Eqnatiya" komandasına keçib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun prezidenti Agim Demrozi "PanoramaSport" nəşrinə açıqlama verib.

O, 28 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandığını bildirib.

Qeyd edək ki, Vüsal İsgəndərli ötən mövsümü "Sumqayıt"da keçirib.