01 iyul 2023 10:01
453

"Neftçi" bu gün "Zenit" komandası ilə qarşılaşacaq

Yeni mövsümə Rusiyada hazırlaşan "Neftçi" bu gün "Match TV" beynəlxalq turnirində ilk oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, hazırda baş məşqçisiz olan "ağ-qaralar" yerli "Zenit" komandası ilə qarşılaşacaq.

Sankt-Peterburqdakı "Qazprom Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Matçı rusiyalı baş hakim Artyom Çistyakov idarə edəcək.

"Match TV" turniri
1 iyul

20:30. "Neftçi" (Azərbaycan) - "Zenit" (Rusiya)
Hakimlər: Artyom Çistyakov, Aleksey Şiryayev, Vladislav Nazarov
VAR hakimi: Sergey Tsıqanok
Sankt-Peterburq, "Qazprom Arena"

Qeyd edək ki, "Neftçi" turnirdə iyulun 8-də Serbiyanın "Srvena Zvezda", iyulun 12-də isə Türkiyənin "Fənərbağça" klubları ilə qarşılaşacaq.